Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov maye və suda həll olunan gübrələrin Azərbaycan istehsalçısı olan AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib. SİA xəbər verir ki, gələn qonaqlara AZCHEMCO şirkətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoran torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsinin tarixindən bəhs edən video təqdim edilib.
Şirkət nümayəndələri tərəfindən bu layihə üzrə əldə edilmiş uğurlar təqdim edilib. Burada “Azelab” və “Intertek” laboratoriya tədqiqatları əsasında torpağın şoranlıq göstəricisinin 3.6-dan 0.3-ə qədər azalması aşkar edilib. Bu da şoran torpağın kənd təsərrüfatında istifadə edilə biləcəyini təsdiqləyir.
Səfərin sonunda Orxan Məmmədov bərpa olunmuş torpaqda çiyələk şitili əkib.
Bütün xəbərlər Facebook səhifəmizdə