"Böyük şirkətlər tullantılarının həyata keçirilməsinə nəzarət edirlər" - Melika Yazdjerdi
“Faba İnternational və Azərsun Holdinqin sıx əməkdaşlığı nətəcisində iki mobil tətbiq təqdim olunur. Sözügedən tətbiqlər üzərində iki il çalışmışıq”. Bu sözləri SİA-ya açıqlamasında Faba İnternational-ın nümayəndəsi Melika Yazdjerdi deyib.
O bildirib ki, tətbiqlərdən biri “EkoNar”dır: “Bu tətbiq sayəsində böyük şirkətlər öz tullantılarının həyata keçirilməsini, dayanıqlı inkişaflarını təmin edirlər və işlərinə nəzarət edirlər. Digər layihə isə “Eko19” layihəsidir. Bu mobil tətbiq sayəsində istənilən şəxs özünün dayanıqlı fəaliyyətini qeydə ala bilər. Yəni burada görülən işlər nəticəsində müəyyən xallar toplanılır və həmin xallar hədiyyəyə də çevrilə bilər”.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə