Çilidəki 8,1 metrlik teleskopdan istifadə edərək astronomlar kainatın ən böyük məlum ulduzu olan "R136a1"in ən aydın şəklini çəkiblər. SİA xəbər verir ki, Venu M.Kalarının rəhbərlik etdiyi bu kəşf böyük ulduzların düşünüldüyü qədər böyük olmadığını ortaya çıxarmaq baxımından da əhəmiyyətlidir. Kütlələri Günəşdən ən azı 100 dəfə böyük olan ulduzların necə yarandığı hələ də astronomlar üçün sirr olaraq qalır.
Əvvəlki müşahidələr "R136a1"in kütləsinin Günəşin kütləsindən 250-300 dəfə çox olduğunu göstərdi, lakin son kəşf bu rəqəmin yalnız 170-230 ola biləcəyini ortaya qoyub.
Bununla belə, təxminlərin aşağı düşməsinə baxmayaraq, R136a1 hələ də ən böyük məlum ulduz kimi rekordda qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB