Ölənlərin sayı 16 nəfərə çatıb

Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb.

“Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, – nazirliyin saytında bildirilir.

Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın itkin düşdüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə