Rok ulduzu koronavirusa məğlub oldu

Qorbaçovdan əvvəl və sonra rus mədəni həyatında iz qoyan müğənni, aktyor və şair Pyotr Mamonovun qəfil ölümü Rusiyada böyük kədər yaradıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rus rok ulduzu Pyotr Mamonov 70 yaşında idi. Mamonov rus mədəni həyatının aparıcı simalarından biri idi. İki həftə əvvəl koronavirus testi müsbət nəticələnən rus müğənni nəfəs ala bilməsi üçün süni şəkildə komaya salınıb. Ancaq Mamonov oyadıla bilmədi və öldü.

Bütün xəbərlər Facebook səhifəmizdə