Dünyanın ən zəngin adamından ianə

Dünyanın ən zəngin insanı və Amazon qurucusu Ceff Bezos 1846-cı ildə müzeyin qurulduğu gündən bəri ən böyük hədiyyə olaraq “Smithsonian milli hava və kosmik muzeyinə” 200 milyon dollar bağışlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bezos tədris mərkəzinin yaradılması üçün isə 130 milyon dollar istifadə ediləcək. “Smithsonian” muzeyi tərəfindən verilən açıqlamada bu ianənin muzeyin təmirinə dəstək verəcəyi bildirilib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə