Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyanın baş naziri Şinzo Abe koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində ölkə boyu bütün məktəbləri müvəqqəti olaraq bağlamaq niyyətində olduqlarını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məktəblər qarşıdakı bazar ertəsindən etibarən yaz tətilinin sonunadək bağlı olacaq. Ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bu qadağanı məktəbəqədər təhsil müəsssələrinə şamil etməməyi nəzərdə tutur.

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanlar 900 nəfərdən çoxdur, onların 705 nəfəri “Diamond Prinsess” gəzinti gəmisində olanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı isə 8 nəfərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə