ABŞ döyüş gəmilərini Cənubi Koreyaya göndərir

ABŞ döyüş gəmilərini Cənubi Koreyaya göndərir
ABŞ prezidenti Barak Obama ilə Cənubi koreyalı liderlər arasında birgə hərbi təlim hazırlamaq barədə razılıq əldə edilib. SİA-nın məlumatına görə, ABŞ başqa döyüş gəmilərinin də yoldaşlıq edəcəyi Corc Vaşinqton kosmik gəmisini Cənubi Koreyaya göndərəcək.

ABŞ bu təlimdə əsas məqsədinin Şimali Koreyanın bir başqa təxribat cəhdinin qarşısını almaq olduğu bildirilib. Bununla yanaşı, təlimdə Çinə də xəbərdarlıq mesajı verilməsi nəzərdə tutulub. Belə ki, Pyonqyanq ilə mövcud əlaqələrini davam etdirdiyi halda, ABŞ Çində varlığını sərtləşdirəcək.

Birgə təlimə Ağ Evdə təşkil edilən fövqəladə tədbirdən sonra dövlət başçısı Obamanın Cənubi Koreya prezidenti Lee Myung-baka xəbər verməsi nəticəsində qərar verilib. Lee Myunq-bak, Şimali Koreyanın hücumlara davam etdiyi təqdirdə qarşı hücum əmri veriləcəyini bildirib.

Digər tərəfdən ABŞ səlahiyyətlilərindən birinin sözlərinə görə, çərşənbə axşamı Şimali və Cənubi Koreya arasında qarşılıqlı olaraq 175 dəfə top atəşi açılıb. Ancaq peyk görünüşləri ilıə bölgəni müşahidə edən ABŞ mütəxəssisləri, döyüş hazırlığına aid heç bir görüntü ilə qarşılaşmayıblar.

Qeyd edək ki, 75 döyüş təyyarəsini daşıyan gəminin 6 min şəxsiyyət heyəti var.

Bütün xəbərlər Facebook səhifəmizdə