...SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn miqrantların yük və sərnişin daşınması, çatdırılma, iaşə və personalın işə qəbulu sahələrində işləməsini qadağan edən fərman imzalayıb. Qubernator Telegram kanalında bildirib ki, məhdudiyyətlər Kursk vilayətində 2026-cı ildə qüvvəyə minəcək.
...Mən miqrantların müəyyən sektorlarda, əsasən insanlarla əlaqəli sahələrdə işləməsini qadağan edən fərman imzaladım. Məhdudiyyətlər 2026-cı ildə qüvvəyə minəcək. Yeni qaydalar patent əsasında işləyən xarici vətəndaşlara şamil edilir. Onlar artıq aşağıdakı xidmətləri göstərən müəssisə və şirkətlərdə işləyə bilməyəcəklər: taksi xidmətləri də daxil olmaqla yük və sərnişin daşınması; kuryer çatdırılması; iaşə; və personalın işə qəbulu, - deyə o yazıb.
Xinşteyn əlavə edib ki, işəgötürənlər fərmanın qüvvəyə minməsindən sonra üç aydan gec olmayaraq xarici işçilərlə əmək müqaviləsinə xitam verməlidirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB