OPEC+ neft hasilatını artıracaq...

Noyabr ayından başlayaraq...

OPEC+ ölkələri noyabr ayından başlayaraq neft hasilatını artırmağı planlaşdırır.

SİA-nın məlumatına görə, Reuters və Bloomberg danışıqlara yaxın mənbələrə istinadən xəbər verirlər.

Rusiya və Səudiyyə Ərəbistanı görüşdən əvvəl fərqli fikirlər səsləndirib. Bu mənbələrə görə, Ər-Riyad qlobal bazar payını bərpa etmək üçün hasilatı iki dəfə və ya daha çox artıraraq 548 min barrelə çatdırmağı təklif edib.

Rusiya isə ixrac məhdudiyyətlərinə görə qiymətlərə təzyiq etməmək üçün daha ehtiyatlı artımda israrlıdır.

Tərəflər oktyabrın 5-i bazar günü onlayn görüşdə rəsmi təsdiqlənəcək razılığa gəliblər.

OPEC+ dünya neftinin təxminən 50 faizini istehsal edir və ixracatçı ölkələri və onların müttəfiqlərini birləşdirir.

OPEC+ üzvü olan səkkiz ölkə bazarı sabitləşdirmək üçün 2023-cü ilin aprelində neft hasilatını könüllü olaraq azaldıb, 2025-ci ilin aprelində isə onu tədricən artırmağa başlayıb. Sentyabrın 7-də OPEK-in mətbuat xidməti elan edib ki, səkkiz aparıcı OPEC+ ölkəsi “2023-cü ilin aprelində elan edilmiş əlavə könüllü azalmaların gündəlik 1,65 milyon barrelindən” gündəlik neft hasilatını 137 min barel qədər tənzimləmək qərarına gəlib.

OPEC bəyan edib ki, hasilatın artırılması qərarının aşağı neft ehtiyatlarında əks olunan sabit qlobal iqtisadi mənzərə və mövcud sağlam bazar əsasları nəzərə alınmaqla verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə