Rusiyanın silah ixracında rəqibinin adı açıqlanıb...

...Fransa 2030-cu ilə qədər xaricə silah tədarükündə ikinci yer uğrunda Rusiyanın əsas rəqibi olaraq qalacaq.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktorunun müavini Vyaçeslav Kozlov deyib.

Onun təqdim etdiyi təqdimata görə, Rusiya 2030-cu ilədək silah ixracı bazarında 15 milyard dollar tədarük həcmi ilə ikinci yeri tutacaq.

Üçüncü yerdə 14 milyard dollar həcmində Fransa olacaq. Cənubi Koreya və Almaniya müvafiq olaraq 9,5 və 8 milyard dollar dəyərində silah ixrac edəcəklər.

Bundan əlavə, Cənubi Koreyadan başqa daha iki iri ixracatçı bazarda fəal iştirak edəcək.

Söhbət Türkiyədən (6 milyard dollar) və Hindistandan (4 milyard dollar) gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə