iPhone 17 Türkiyəyə nə vaxt gələcək, qiyməti nə qədər olacaq?

iPhone 17-nin təqdimat tarixi açıqlandı. Təqdimat 9 sentyabrda keçiriləcək; baza modelinin qiymətinin təxminən 799 ABŞ dolları olacağı gözlənilir. Satışlara 12 sentyabrdan etibarən ön sifarişlə, 19 sentyabrdan isə mağazalarda başlanacaq. Bəs Türkiyədə nə vaxt satışa çıxacaq?
SİA-nın Haber Global türk saytına istinadən verdiyi məlumata görə, Yeni iPhone 17 seriyası 9 sentyabr 2025-ci ildə təqdim olunacaq. Türkiyə də daxil olmaqla bir çox Avropa ölkəsində məhsullar eyni vaxtda satışa çıxarılacaq. Lakin dəqiq tarix hələ bəlli deyil. 26 sentyabr və ya oktyabr ayının ilk həftəsi müzakirə olunur. ABŞ-da 19 sentyabrda satışına başlanacaq iPhone 17-nin təxmin edilən baza model qiyməti təqribən 799 dollar, ən yüksək model olan Pro Max isə 1.199 dollar səviyyəsində gözlənilir. Avropa və Türkiyədə isə vergi və valyuta fərqi səbəbindən qiymətlərin bir qədər yüksək olması ehtimal olunur.
Yeniliklərə gəlincə iPhone 17 Air adlı ultra nazik modelin + (Plus) seriyasının yerini alacağı görünür. 6,6 düymlük ekran, ProMotion texnologiyası və olduqca zərif dizaynı ilə təqdim olunacaq; lakin batareya tutumu və kamera xüsusiyyətlərində bəzi məhdudiyyətlər ola bilər.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə