...NATO-nun növbəti sammitində əsas mövzu alyans üzvlərinin müdafiə xərclərinin artırılması məsələsi olacaq.
SİA-nın məlumatına görə, bu barədə “The New York Times” yazır.
NATO-nun baş katibi Mark Ruttenin NATO tələblərini ödəmək üçün ölkələrin milli gəlirinin 5 faizini müdafiəyə, 3,5 faizini isə əsas hərbi ehtiyaclara xərcləmək üçün alyansın razılığını aldığı bildirilir.
Eyni zamanda, sammitdə İranın məhdudlaşdırılması müzakirə olunacaq və Rusiyaya da diqqət yetiriləcək.
Qeyd olunur ki, Rusiya məsələsi “üzv ölkələr Amerika prezidentinin Moskva ilə açıq-aşkar qeyri-müəyyən münasibətləri ilə onun ətrafında ayaqlarının ucunda dolaşır...
Sammitdə Rusiya və Rusiya təhlükəsi ilə bağlı NATO-nun yeni strategiyası qəbul edilməli idi, lakin Vaşinqtonun tələbi ilə ləğv edilib.
Bundan əlavə, liderlər səviyyəsində NATO-Ukrayna Şurasının iclası Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə münasibətinə görə ləğv edilib.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl NATO-nun Haaqa sammitinə uçduğunu, hətta “ən pis halda belə vəziyyətin İsrail və İranla son günlərdə yaşadıqlarından daha sakit olacağını” söylədi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə