Almaniyadan İspaniyaya gedən təyyarə 10 dəqiqə pilotsuz uçuş edib...

Təyyarədə 200-ə yaxın sərnişin olub...

...Lufthansa-nın Frankfurt-Sevilya reysi ilə uçan 200-ə yaxın sərnişin, hər iki pilot nəzarətdə olmadan təxminən 10 dəqiqə uçub.

SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” İspaniyanın aviasiya hakimiyyətlərinə istinadən yazır.

...Hadisə 2024-cü il fevralın 17-də baş verib, lakin qəzanın təfərrüatları yalnız may ayında dərc edilib.

İspaniya rəsmilərinin bildirdiyinə görə, birinci pilot tualetə gedərkən, ikinci pilot "diaqnoz qoyulmamış nevroloji vəziyyət"lə bağlı qıcolma keçirib.

...Paddle Your Own Kanoo, ikinci pilotun ürək xəstəliyi ilə bağlı qıcolma keçirdiyini bildirib. Buna görə o, kabin qapısını bağlayaraq "nəzarətsiz şəkildə düymələri basmağa və məlumatları idarəetməyə daxil etməyə" başlayıb.

Onu əl ilə açmaq lazım idi.

Daha sonra kapitan təyyarəyə nəzarəti bərpa edib və Madrid hava limanında təcili tibbi yardım istəyib.

İkinci pilot orada xəstəxanaya yerləşdirilib.

10 dəqiqə ərzində təyyarə idarəetmədə pilotsuz olub, göyərtəsində olan 199 sərnişindən heç biri xəsarət almayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə