Misirdə Giza piramidalarının altında nəhəng tikililər şəhərinin olması iddiası həftə boyu müzakirə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, iddialar reallığı əks etdirmir. "SAR Explained" sənədli filmində yer alan elmi izahlar bu iddianın alimlərin Misirdəki Giza piramidaları altında nəhəng strukturlar aşkar etdiyi iddiası həftə ərzində dünya mediasında geniş işıqlandırılıb. İddiaya görə, italyan elm adamlarından ibarət bir qrup bu yaxınlarda ortada yerləşən Gizadakı üç piramidadan biri olan Xafre piramidasının altında yerə uzanan səkkiz nəhəng silindr aşkar etdiklərini iddia edib. Bu silindrlər nəhəng sütunlara bənzəsələr də, içərisi boş idi. Verilən izahatlara əsasən, səkkiz içi boş sütun və ya silindrin ətrafında qıvrım formalı keçidlərin olduğu güman edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə