Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Böyük Britaniyada dövlətə məxsus “Great British Energy” şirkəti məktəblər və xəstəxanalar üçün 200 milyon funt sterlinq (260 milyon dollar) dəyərində günəş paneli layihəsinə rəhbərlik edəcək. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu, ötən il təsis edilən şirkətin ilk iri sərmayəsi olacaq.

“GB Energy” bərpa olunan enerjiyə sərmayələri artırmaq məqsədilə yaradılıb. Hökumət bildirib ki, ilk böyük layihə çərçivəsində “GB Energy” məktəb və xəstəxanaların damlarında günəş panellərinin quraşdırılmasını maliyyələşdirəcək.

Energetika naziri Ed Miliband deyib ki, “Great British Energy”nin ilk böyük layihəsi əsas ictimai qurumların enerji xərclərinə qənaət edərək yüz milyonlarla funt sterlinqin vacib sahələrə yönəldilməsinə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə