Fələstinə dəstək nümayişləri...

İsrailin Fələstinə hücumlarına qarşı İngiltərənin paytaxtı Londonda etiraz aksiyası keçirilib. Parlament binasının önündə toplanan nümayişçilər İsrailin xəstəxanalara hücumlarına etiraz ediblər. İsrail tərəfindən saxlanılan fələstinli tibb işçilərinin təcili azad olunması istənilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, nümayişə sionizmə qarşı olan bir qrup yəhudi də qatılıb.

Belçikanın paytaxtı Brüsseldəki Avropa Parlamenti qarşısında da Fələstinə dəstək aksiyası təşkil olunub. Qəzzada İsrail ordusu tərəfindən saxlanılan tibb işçilərinin azad edilməsi tələb edilib.

Etiraz aksiyalarının keçirildiyi digər yer isə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhəri olub. Fələstinə dəstək verən tibb işçiləri Qəzzada İsrail ordusu tərəfindən saxlanılan tibb işçilərinin azad olunması üçün nümayiş keçiriblər.

Qeyd edək ki, İsrail ordusu 27 dekabrda Qəzzadakı Kamal Advan Xəstəxanasını mühasirəyə almış, basqın etdiyi xəstəxananın bəzi bölmələrini yandırmışdı. Qəzzadakı Fələstin hökuməti xəstəxananın müdiri Əbu Səfiyyə və tibb işçilərinin İsrail tərəfindən saxlanıldığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə