Türkiyə Hərbi Dəniz Qüvvələri “Mavi Vətən-2025” hərbi təliminə başlayır
“Mavi Vətən-2025” hərbi təlimi Qara dənizdə, Egeydə və Aralıq dənizinin şərqində başlayır.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,10 gün ərzində 90 gəmi və 50 hava vasitəsi iştirak edəcək, ümumilikdə 20 min nəfər xidmət göstərəcək. Təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinin əməliyyat effektivliyini qiymətləndirmək, hazırlıq səviyyələrini artırmaq və təhlükəli anlarda qərarvermə qabiliyyətlərini təkmilləşdirməkdir. Bu çərçivədə müxtəlif tədris məşqləri və atışlar keçiriləcək, həmçinin “TCG Oruçreis” gəmisi də təlimdə iştirak edəcək.
Təlim zamanı Qara dəniz, Egey dənizi, Aralıq dənizi və Şimali Kipr Türk Respublikasında 22 limanın ziyarəti planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə