Serbiyanı heç vaxt tərk etməyəcəyəm, çünki bunun üçün mübarizə aparıram və ölkəni dirçəldirəm, siyasi məqsədlərlə uşaqlardan istifadəyə, zorakılığa qarşı mübarizə aparacağam.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə keçirilən Avropa İttifaqı-Qərbi Balkan ölkələri Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Nə qədər ki, sağam, Serbiyada yaşayacağam. Xaricdə heç bir hesabım yoxdur. Xaricdə daşınmaz əmlakım yoxdur. Serbiyadan kənarda, heç bir yerdə heç nəyim yoxdur. Serbiya mənim həyatımdır. Serbiya uğrunda döyüşmüşəm və onu layiqincə təmsil etmişəm”, - deyə Serbiya Prezidenti bildirib.
Aleksandar Vuçiç Serbiyanın Brüsseldə hörmət qazandığını, ölkəsinin Avropa İttifaqına üzvlük yolunda 3-cü klasteri yanvarın sonu, fevralın əvvəlində açacağına əmin olduğunu qeyd edib.
O, ölkəsinin ABŞ-la münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyət verdiyini, Birləşmiş Ştatların Serbiyanın Avropaya inteqrasiyasına dəstəyini gözlədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə