Orban ABŞ-ın yaratdığı Ukrayna paradoksundan danışıb

ABŞ-dakı paradoksal siyasi vəziyyət ona gətirib çıxarıb ki, Ukraynada sülhün bərqərar olması münaqişənin genişmiqyaslı eskalasiyası kimi mümkündür.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Şənbə günü Macarıstan lideri X sosial şəbəkəsində yazıb ki, hazırda Ukrayna böhranı ətrafında paradoksal vəziyyət yaranıb: sülh yaxındır, lakin eyni zamanda vəziyyət həddindən artıq təhlükəli olub. Səbəb odur ki, ABŞ-ın indi iki prezidenti var, indiki və seçilmiş prezident...

...Biri müharibəni davam etdirmək istəyir, digəri dayandırmaq istəyir. Donald Tramp vəzifəyə gəldikdən sonra işlər asanlaşacaq. O, bizə sülh gətirəcək!

Orban yazıb.

Bu həftə “Reuters” agentliyi yazıb ki, Kiyev Trampın planına uyğun olaraq Rusiyaya ərazi güzəştləri edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə