Sandu Moldovanın qanuni prezidenti hesab edilə bilməz...

Bunu “Pobeda” bloku bəyan edib...

...Moldova prezidenti Maia Sandu qanunsuz olaraq yenidən prezident seçilib. SİA-nın əldə etdiyi məlumata görə, müxalif “Pobeda” bloku onu legitim dövlət başçısı hesab etmir.

Rusların RİA Novosti-si xəbər verir ki, bunu Moldova siyasi qüvvəsinin icraçı katibi Marina Tauber deyib.

…Biz “Pobeda” siyasi bloku İlan Şorla birlikdə açıq şəkildə bildiririk ki, bu seçkiləri tanımırıq. Bu gün Sandu qeyri-qanuni seçilib, o, ölkədə daha az səs toplayıb.

Tauberin fikrincə, Sandu yalnız diasporun prezidenti ola bilər, lakin prezidentliyə can aça bilməz.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov bildirib ki, Moldovada keçirilən son prezident seçkiləri guya respublika əhalisinin əhəmiyyətli hissəsinin Rusiya ilə əməkdaşlığa meylli olduğunu göstərib.
Rusiyalı diplomat izah edib ki, səfir kimi Moldovada ictimai-siyasi dairələrin nümayəndələri, eləcə də sadə insanlarla əlaqə saxlayır. Onun sözlərinə görə, bu təmaslar “əhalinin əhəmiyyətli hissəsinin Rusiya Federasiyası ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olmasından danışır”.

Qeyd edək ki, noyabrın 9-da Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini və hazırkı dövlət başçısı Maya Sandunun qələbəsini təsdiqləyib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, 55,33 faiz, müxalifətdə olan Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə