Vyetnamın şimalına təsir edən “Yagi” qasırğasının törətdiyi fəlakət və qəzalarda ölənlərin sayının 65-ə yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "VN Express" xəbər saytının məlumatına görə, Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyindən Vyetnama təsir edən "Yagi" qasırğası ilə bağlı son məlumatlar açıqlanıb.
Açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Açıqlamada şimaldakı bir çox çayın daşqın səviyyəsinə yaxınlaşdığı, təbii fəlakət nəticəsində 48 mindən çox evin zərər gördüyü bildirilib. Açıqlamada minlərlə hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı vurğulanıb. Bu arada Vyetnamın Baş naziri "Yagi"dən təsirlənən Hayfonq şəhərinə gedib və dəymiş ziyanı ödəmək üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə