Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində helikopterin hotel binasına çırpılması nəticəsində azı iki nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir.
Şahidlərin sözlərinə görə, hadisədən sonra partlayış baş verib.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə