Türk məşhur zəlzələdə anasını itirdi

Türkiyəni silkələyən Kahramanmaraş zəlzələsindən sonra məşhurların sosial şəbəkə paylaşımları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, futbolçu Volkan Dəmirəldən sonra Seren Serengilin sevgilisi Mustafa Tohma da ağlayaraq paylaşım edib.

Hataylı olan Tohma zəlzələdən sonra paylaşdığı videoda ailəsi və yaxınları üçün kömək istəyib.

Mustafa Tohma, "Təcili olaraq Hataya kömək və dəstək istəyirik, ailələrimiz dağıntı altında qalıb, çıxa bilmir. Dəstək istəyirik, xahiş edirik”,- deyə acısını paylaşıb.

Zəlzələnin ikinci günü isə Mustafa Tohma izləyiciləri ilə hüznlü xəbəri paylaşıb. Anasını paylaşan Tohma “canım anam, haqqım sonuna qədər sənə halal olsun” ifadələrini işlədib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə