Azərkeşlər avtobus dayanacağını uçurub

Amerika futbol liqasının komandalarından olan Qartallar-ın azarkeşləri San Fransisko 49ers-ə qarşı qazandıqları qələbənin dozasını qaçırdılar. SİA xarici mətbuata istinadən xəbər verir ki, oyundan sonra azarkeşlər Filadelfiya küçələrinə axışaraq işıqfora və avtobus dayanacağına dırmaşıblar. Bu izdihamı daşıya bilməyən avtobus dayanacağı uçub. Həmin anlar həvəskar kameralara əks olunarkən, yaralıların olduğu müəyyənləşdirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə