İstanbul Hava Limanı yanvar ayını da zirvədə tamamladı

İstanbul Hava Limanı 2023-cü ilin yanvar ayını da uçuş sayına görə zirvədə tamamladı.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1229 uçuşla Avropanın ən işlək hava limanı olub.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı Avropa hava limanları və hava hərəkəti ilə bağlı yanvar ayı məlumatlarını ehtiva edən hesabatını yayıb.

Buna əsasən, İstanbul Hava Limanı yanvar ayını uçuş sayına görə gündəlik orta hesabla 1229 uçuşla, London Hitrou Hava Limanı isə 1104 uçuşla Avropanın ən işlək ikinci hava limanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə