"Biz öz torpaqlarımıza qayıtmaq istəyirik" - DEPUTAT BİLDİRDİ

"Azərbaycanlılar 1988-ci illərin sonunda indiki Ermənistan ərazisindən qovulublar. Yalnız 1988-ci ildə deyil, eyni zamanda 1905-ci ildə, 1918-ci ildə, 1948-ci ildə və s. müxtəlif illərdə ermənilər tərəfindən deportasiya işləri aparılıb". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının TÜRK PA nümayəndə heyəti ilə görüşdə deputat Ramil Həsən deyib.

O qeyd edib ki, "google"da axtarsanız Ermənistanda bir türk belə tapa bilməzsiniz: "Çünki Ermənistan mono-dövlətdir. Zaman-zaman əhalini deportasiya edərək etnik təmizləmə aparıblar. Bugün Azərbaycanın müxtəlif bölgələrində Ermənistanda doğulan oradan gəlmiş azərbaycanlılar var. Onlar durduq yerə doğma yurdlarından çıxıb gəlməyiblər. Öz torpaqlarından deportasiya olunublar. Mən özüm də həmin illərdə köç etmişəm. Doğum şəhadətnaməm də erməni dilində yazılıb. Azərbaycanlıyam amma indiki Ermənistan ərazisində dünyaya gəlmişəm. Biz qürurlu bir şəkildə Qərbi Azərbaycan torpaqlarına, yəni öz torpaqlarımıza qayıtmaq istəyirik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə