“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı elmi konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” beynəlxalq elmi konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və nüfuzlu icma üzvləri iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açıq elan edib. O, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoyması, öz el – obasından zorla çıxarılan soydaşlarımıza qayğısı və xüsusi diqqətindən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə