"O gün olsun, İrəvana qayıdaq" - SƏDR AÇIQLAMA VERDİ

"Bu gün tarixi bir gün yaşadıq. Qərbi Azərbaycana mənəvi qayıdışımız yolunda irəliyə doğru daha bir addım atdıq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, bu gün İrəvan qalasının təməlini qoyan Rəvanqulu xanın portretinin təqdimat mərasimi keçirildi: "Bu, Qərbi Azərbaycan İcmasında keçirdiyimiz növbəti önəmli tədbirlərdən biridir. Elə hesab edirəm ki, bu gün Rəvanqulu xan Qərbi Azərbaycan İcması ocağına qayıtdı. O gün olsun ki, biz dədə-baba yurdumuza, İrəvan şəhərinə qayıdaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə