"İrəvan elm və mədəniyyət məskəni olub" - SƏDR DANIŞDI

"Möhtərəm Prezidentimiz dekabrın 24-də bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdü və yaddaqalan çıxış etdi. Həmin görüşdə cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında konkret vəzifələr qoydu". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, bu vəzifələrdən birincisi Qayıdış konsepsiyasının hazırlanması idi: "Qayıdış konsepsiyası yaxın bir zamanda hazırlandı. Biz artıq qayıdışın yeni istiqamətlərini müəyyənləşdirmişik. Qərbi Azərbaycan dəyərlərinə sahib çıxmaq bizim önəmli vəzifələrimizdən biridir. O ərazidə min illər boyu əcdadlarımız yaşayıb. Həmin torpaqlardan nə qədər elm və incəsənət adamlarımız çıxıb. Ümumilikdə Qərbi Azərbaycanın əsas şəhəri olan İrəvan elm və mədəniyyət məskəni olub. Biz yenidən o torpaqlara, doğma yurdumuza qayıdacağıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə