"Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir" - QURUM RƏSMİSİ

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Qərbi Azərbaycan İcmasının fəaliyyətinin genişləndirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmlidir”. SİA xəbər verir ki, bu sözləri Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qurumlararası əməkdaşlığın ilk addımı olaraq 10 fevral tarixində QHT Agentliyi qrant müsabiqəsi elan edib: “Müsabiqədə Qərbi Azərbaycan toponimlərinin tanıdılması, bu istiqamətdə multimediya məhsullarının hazırlanması, eyni zamanda Qərbi Azərbaycan tarixi adibələrinin tədqiq edilməsi və bir çox alt mövzular nəzərdə tutulur. Qərbi Azərbaycan İcmasının fəaliyyətinin genişləndirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə