Buick Wildcat 26 il qarajda “oturduqdan” sonra yola çıxır…

Avtomobil 1969-cu ildə buraxılıb...

...ABŞ-da 1969-cu il Buick Wildcat premium sedanı yenidən həyata qaytarıldı. Lüks tam ölçülü avtomobil 26 ildir ki, “yola həsrətmiş”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu

Budget Buildz Youtube kanalındakı videoda nümayiş olunub.

Deyilənlərə görə, Buick Wildcat 1998-ci ildə “təqaüdə çıxıb” və Cənubi Karolinada qarajda saxlanılıb.

26 il ərzində avtomobil toz və kir təbəqəsi ilə örtülmüş, salonu xarab olmuşdu.

Bununla belə, Buick Wildcat avadanlığı olduqca yaxşı vəziyyətdədir. Motor təmizlənib, yağı, akkumulyatoru, filtirləri dəyişdirilib, benzin verildikdən sonra işə düşüb.

Bundan sonra Buick Wildcat əyləcləri təmir edilib və asma hissələrini yağlanıb və avtomobili idarə etməyə hazırlanıb.

Bundan sonra sedan heç bir problem olmadan öz gücü ilə hərəkət edə bildi.

İndi Buick Wildcat sedanı bərpaya göndəriləcək.

Dəbdəbəli model olduqca nadir və kolleksiyalıdır. 1969-cu il istehsalı olan Buick Wildcat, uzunluğu 5,6 m olan böyük bir sedandır, avtomobil kondisioner, elektrik şüşələri və avtomatik transmissiya ilə təchiz edilmişdir. Kapotun altında 7,0 litrlik 360 at güclü V8 var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə