UEFA Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub. SİA-nın məlumatına görə, Fransa PSJ-sindən Kilian Mbappe və İngiltərənin "Liverpul" klubundan Məhəmməd Salah hərəyə 7 qolla ilk sıralarda qərarlaşıblar.
İngiltərə "Mançester Siti"sindən Erlinq Holann, İspaniya "Barselona"sından Robert Levandovski və Portuqaliya "Portu"sundan Mehdi Taremi 5 qolla yadda qalıblar.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq. Bu raundun ilk matçları 14, 15, 21 və 22 fevralda, cavab qarşılaşmaları isə 7, 8, 14 və 15 martda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB