Azərbaycan Yüksək Liqasının növbəti turun oyunları keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib. SİA xəbər verir ki,“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan XIV tura MOİK – “Murov” matçı ilə start verilib. Qarşılaşma “Murov”un üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Murov” 3 xalı 3 setlə qazanıb - 3:0 (25:18, 25:23, 25:8)

Günün ikinci matçında “Sərhədçi” “Ekspress”lə görüşüb. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk iki setdə (25:22, 27:25)hesabı ilə qalib gələn “Sərhədçi” üçüncü hissəni 13:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. “Sərhədçi” bu seti 25:23 hesabı ilə qalib gələrək, çempionatda ilk qələbəsini qazanıb-3:1 (25:22, 27:25, 13:25, 25:23)

Beləliklə, XIV turdan sonra “Murov” 29 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Neftçi”nin 28, MOİK-in 18, “Ekspress”in 6, “Sərhədçi”nin 3 xalı var.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə