Şevçenko "Seltik"ə rəhbərlik edə bilər

Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko Şotlandiya "Seltik"inin sükanı arxasına keçə bilər.

SİA-nın məlumatına görə, 45 yaşlı mütəxəssis Böyük Britaniyada çalışmaq istəyir. "Keltlər" isə ukraynalı mütəxəssisi Ante Postekoğlunu əvəzləməyə namizədlərdən biri kimi nəzərdən keçirir. Posteqoğlunun rəhbərliyi altında "Seltik" qeyri-qənaətbəxş nəticələr göstərir.

Qeyd edək ki, "Seltik" Avropa Liqasına 2 məğlubiyyətlə başlayıb. Şotlandiya çempionatında isə bu komanda 7 oyundan 10 xalla 6-cı yerdə qərarlaşıb. (The Sun)

Bütün xəbərlər Facebook səhifəmizdə