Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “futbol kralı” kimya-terapiya kursu keçməlidir. Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirir.

Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə