“Qarabağ” və “Bazel” oyununda hesab niyə açılmadı? - İDARƏ RƏİSİ AÇIQLADI

"Əvvəla, bütün futbol azerkeşlərini təbrik edirik. Əslində çox maraqlı, dinamik və bugünkü gün futbolun ən yüksək meyarlarına cavab verən böyük və maraqlı oyunu izlədik. Futbol azerkeşlərinin canlı və televiziya ekranları qarşısında izlədiyi “Qarabağ” və “Bazel” futbol komandaları arasında oyun zövq verdi. Çatışmayan bir dənə qol idi". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, bir mənalı deyə bilərik ki, Milli komandanın üzvü olan “Qarabağ” komandasının oyunçuları və “Qarabağ” futbol klubunun çox güclü və qrupun favoriti hesab edilən “Bazel” klubu ilə doğma meydançada heç-heçə oynamasını yaxşı nəticə hesab edirik. Raqif Abbasov bu barədə fikrini belə izah edib: "Bir mənalı olaraq onu deyə bilərik ki, bu qrupda növbəti Kiprin “Amoniya”, Qazaxıstanın “Kayrat” komandası ilə oyunlarda “Qarabağ” futbol komandasından yaxşı nəticə gözləyirik və ümidvarıq ki, "Qarabağ" müstəqillik dövründə ilk dəfə olaraq qrup mərhələsindən növbəti mərhələyə çıxacaq. “Qarabağ” futbol klubu bir tarix yazacaq və biz buna çox ümidliyik, çox istəkliyik. Eyni zamanda bütün futbolsevərlərə və azerkeş kütləsinə təşəkkürümüzü bildirirk ki, “Qarabağ” futbol klubumuza sona qədər dəstək verdilər. Bir bayram ab-havası yaratdılar. İstənilən halda hər bir azərbaycanlı futbolçu üçün böyük bir təcrübə idi. Ümidvarıq ki, qrup oyunlarının yekununda biz “Qarabağ” futbol klubumuzun növbəti mərhələyə çıxacağının şahidi olacağıq. Hər halda biz bunun çox istəyiyirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...