“Çelsi” klubu cərimələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London klubu 25 min funt-sterlinq məbləğində cərimə olunub. “Çelsi”nin futbolçuları Premyer Liqanın 3-cü turunun “Liverpul”la matçında (1:1) hakimin əleyhlərinə 46-cı dəqiqədə təyin etdiyi penalti qərarını düzgün qəbul etməyiblər və referiyə sərt reaksiya veriblər. FA oyunçuların belə davranışına görə “Çelsi”ni 25 min funt-sterlinq cərimələyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə