"Neftçi"dən brzailyalı ulduz transferi

“Neftçi” növbəti hücumçu transferini rəsmiləşdirib. SİA-nın verdiyi məlumata görə, braziliyalı Tyaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb. Bu barədə “Neftçi” klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu yeni komandasının heyətində 9 nömrəli formanı geyinəcək.

Tyaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə