Türkiyəli futbolçu karyerasını bitirdi

"Yeni Malatyaspor"da oynayan və xüsusilə də "Beşiktaş"da olduğu müddətdə Türkiyə milli komandasına da yüksələn Olcay Şahan, peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial şəbəkə saytı "twitter" hesabında etdiyi paylaşımda, futboldan ayrılmaq qərarına gəldiyini açıqlayan 34 yaşındakı Olcay vida mesajında bu sözləri dedi: "Bu sətirləri bir az kədər, qürur və bir çox uğurlar qazanmış bir idmançı olaraq yazıram. Karyeram boyu yaşadığım xoşbəxt anlar, yaxşı xatirələr, çempionatlar, böyük dostluqlar, təcrübələr heç vaxt unudulmayacaq. Unutmayacağam. Bu günə qədər həmişə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi isə vida edirəm, çox sevdiyim və hər şeyi verdiyim futbol karyeramı bitirirəm" ifadələrindən istifadə etdi.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə