"Antalyaspor"dan hücumçu transferi

“Antalyaspor” klubu heyətini yeni hücumçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Antalyaspor" “Başakşəhər”in hücumçusu Enzo Krivellini heyətinə qatıb. Antalya təmsilçisi fransalı futbolçunu icarəyə götürüb. 26 yaşlı hücumçu bu mövsümün sonuna qədər komandada çıxış edəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə