Maliyyə problemləri ilə üzləşən və aparıcı oyunçularını itirən "Barselona"ya daha bir zərbə oyunçunun zədələnməsi ilə bağlı xəbər gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klubun futbolçusu Serjinyo Dest zədələnib. Cinah müdafiəçisi ABŞ yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Kanadaya qarşı keçirdiyi oyunda zədələnib. Dest 44-cü dəqiqədə Deandre Yedlinlə əvəzlənib. Amerikalı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə