1982-ci ildə menisküs əməliyyatı zamanı anesteziya səhvindən komaya düşən futbolçu Jean-Pierre Adams, Nimes Universiteti Xəstəxanasında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əməliyyatdan sonra komaya düşən Fransa milli futbolçusu Jean-Pierre Adams 1982-ci ildən komadadır. 1972-1976-cı illərdə Fransa milli komandasında 22 dəfə, "OGC Nice"də 120 dəfə oynayan futbolçu Jean-Pierre Adamsın Nimes Universiteti Xəstəxanasında vəfat etdiyi bildirilib. Adams, pensiyaya çıxdıqdan bir il sonra, menisküs əməliyyatı zamanı anesteziya səhvindən sonra 17 Mart 1982-ci ildə komaya düşdü və 39 il oyanmadı. Adamsın həyat yoldaşı Bernadette, futbolçunu 39 il tək buraxmadıqlarını ifadə edərək, "Həmişə ona Yeni il, doğum günü və atalar günü kimi xüsusi günlərdə hədiyyələr gətirmişik. Hər gün yanında idik. Onunla birlikdə olduğumuzu hiss etdim".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə