“Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Rizəspor" klubu Almaniyanın “Bayer” klubunun hücumçusu Joel Pohyanpalonu heyətinə qatıb. 26 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarəyə götürülüb. Pohyanpalo 2013-cü ildən “Bayer”də çıxış edir. Oyunçu daha əvvəl “Aalen”, “Fortuna” (Düsseldorf), “Hamburq” və “Union Berlin” klublarında da icarədə oynayıb. Finlandiya yığmasının da üzvü olan futbolçu, millidə 45 matçda 10 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...