"Valensiya"dan ardıcıl transferlər

“Valensiya” klubu heyətini yeni futbolçularla gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Valensiya" İngiltərənin “Lids” klubundan Elder Kostanı icarəyə götürüb. Anqola əsilli portuqaliyalı hücumçu bu mövsümün sonuna qədər İspaniya təmsilçisinin uğurları üçün çalışacaq. O, 2020-ci ildən “Lids”də çıxış edirdi. Portuqaliya yığmasında da oynamış 27 yaşlı futbolçu, daha öncə “Benfika”, “Deportivo”, “Monako”, “Vulverhempton” kimi klubların da formasını geyinib. Ötən mövsüm “Lids”də 27 matça çıxan futbolçu, 5 qola imza atıb.

Valensiyanın eyniadlı təmsilçisi “Xetafe”dən Huqo Duronu da icarəyə götürüb. 21 yaşlı ispan hücumçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Xetafe”nin öz yetirməsi olan futbolçu, “Real Madrid Kastilya”da da forma geyinib.

“Valensiya” “Qranada”nın müdafiəçisi Dimitri Fulkyeni isə birdəfəlik transfer edib. 28 yaşlı fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Yarasalar” bu keçidə görə qarşı tərəfə 3.5 milyon avro ödəyib. 2020-ci ildən “Qranada”da çıxış edən sağ cinah müdafiəçisi, daha öncə “Xetafe”, “Strasburq”, “Votford” və “Renn” klublarının da formasını geyinib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...