Almaniya milli komandasının sabiq futbolçusu Şkodran Mustafi İspaniya La Liqasına transfer olub. SİA-nın xarici mətbiata istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi “Levante” klubuna transfer olub. Mustafi ilə 2 illik müqavilə imzalanıb. Almaniya yığmasında 20 oyuna çıxan müdafiəçi, daha əvvəl İspaniyada “Valensiya”, İngiltərədə “Arsenal”, İtaliyada “Sampdoriya”, Almaniyada “Hamburq” və “Şalke” kimi klublarda çıxış edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə