"Adana Dəmirspor" transferlərə davam edir

“Adana Dəmirspor” klubu transferlərə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub Belçikanın “Brügge” klubunun müdafiəçisi Simon Delini transfer edib. Fil Dişi Sahili yığmasının da üzvü olan 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Simon Deli 2019-cu ildən “Brügge”də çıxış edirdi. O, bu ilin əvvəlində Praqa “Slaviya”sına icarəyə verilmişdi. Hansı ki, müdafiəçi 2012-2019-cu illər aralığında məhz Çexiya təmsilçisinin uğurları üçün çalışıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə