Xorvatiya millisinin sabiq hücumçusu Mario Mancukiç karyerasını bitirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu 35 yaşında peşəkar karyerasını bitirməyə qərar verib. Bu qərarını təcrübəli futbolçu sosial şəbəkə hesabında paylaşıb. O, karyerası ərzində dəstəyini nümayiş etdirmiş azərkeşlərinə təşəkkürünü bildriib. Mancukiç son olaraq 2020/21 mövsümündə İtaliyanın “Milan” klubunun formasını geyinib. O, daha öncə “Əl-Duhail”, İtaliyanın “Yuventus”, İspaniyanın “Atletko”, Almaniyanın “Bayern”, “Volfsburq”, Xorvatiyanın “Dinamo”, “NK Zaqreb” və “Marsoniya” klublarının da uğurları üçün çalışıb. Xorvatiya millisində 89 matça çıxan hücumçu, 33 qol vurub.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB