"Fənərbaxça"dan daha bir ayrılıq

"Fənərbaxça" Nabil Dirarın komandadan ayrıldığını və 35 yaşlı cinah oyunçusunun "Kasımpaşa"ya transfer olunduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, heyətdə düşünülməyən adlarla yollarını ayırmaq istəyən "Fənərbaxça"da, növbə sırası Nabil Dirara gəlib. Adı Belçika komandalarında da hallanan 35 yaşlı oyunçu Super Liqa komandalarından "Kasımpaşa"ya transfer olub. 2017-ci ilin iyul ayında "Monako"dan Fənərbaxçaya 3,5 milyon avroya transfer edilən Dirar, komandanın heyətində 89 matçda 8 qol və 12 asistlə yadda qalıb. Ötən mövsümün ikinci yarısını "Club Brugge" də keçirən Dirar Belçika komandası ilə cəmi 5 matçda oynamaq şansı qazanmışdı.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə