DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Monteneqro, Cəbəllütariq və Niderlandla qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə millisinin yarımmüdafiəçisi Halil Akbunar zədələnib. 27 yaşlı futbolçu Türkiyə yığmasının heyətindən çıxarılıb.

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Monteneqro, sentyabrın 4-də Cəbəllütariq, 7-də isə Niderlandla qarşılaşacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə